SOSİUM

Bu gecə Əhmədlidə işıq olmayacaq
17 NOYABR 2017
582

Bu gecə Əhmədlidə işıq olmayacaq

2017-11-17 17:15:00

Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə əsasən General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələrini əhatə edəcək. Buna səbəb ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında aparılan təmir işləridir.

"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257