SOSİUM

“AmCham” Azərbaycan hökumətinə yeni təkliflər təqdim edəcək
17 NOYABR 2017
236

“AmCham” Azərbaycan hökumətinə yeni təkliflər təqdim edəcək

2017-11-17 16:06:00

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") 2018-ci ildə ölkə hökumətinə yeni təkliflər təqdim etməyi planlaşdırır.

Bunu  qurumun icraçı direktoru Natəvan Məmmədova deyib.

N.Məmmədovanın sözlərinə görə, həmin təkliflər “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənəddə (Ağ sənəd – White paper) yer alacaq: “Sonuncu təkliflərimizi 2016-cı ildə təqdim etmişdik və onlardan bəziləri qəbul edilib. Bəziləri isə hələ də qəbul edilir”.

Təkliflərin vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edəcəyi ehtimal olunur.

Xatırladaq ki, "AmCham" iki ildən bir “White paper” adlana sənədi hazırlayır. Sonuncu belə sənəd 2016-cı ildə açıqlanıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300