SOSİUM

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi "texniki problemlərlə" təxirə salınır
17 NOYABR
235

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi "texniki problemlərlə" təxirə salınır

2017-11-17 14:54:00

Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən veriləcək.

Bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, şəxsiyyət vəsiqələrinin 2018-ci il yanvarın 1-də verilməsi planlaşdırılsa da, texniki problemlərlə əlaqədar müddət uzadılıb.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289