SOSİUM

Sabahdan məktəblilərin payız tətili başlayır
15 NOYABR
96

Sabahdan məktəblilərin payız tətili başlayır

2017-11-15 09:46:00

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır. Fins.az-ın xəbərinə görə, 2017/2018-ci dərs ilində məktəblilərin payız tətili noyabrın 16-da başlayacaq və noyabrın 20-də başa çatacaq.

Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 21-də başlayacaq. 

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun. 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287