SOSİUM

“AzerGold” QSC və AZMİU əməkdaşlığa başladı
08 NOYABR
232

“AzerGold” QSC və AZMİU əməkdaşlığa başladı

2017-11-08 15:04:00

AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır.

AZMİU-da baş tutan memorandumun imzalanma mərasimində səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov və universitetin rektoru Gülçöhrə Məmmədova iştirak etdi. Onlar əməkdaşlığın şirkət və təhsil müəssisəsi üçün, həmçinin ölkədə dağ-mədən hasilatı sahəsinin inkişafına təsir edəcək faydaları barədə çıxış etdilər və birgə fəaliyyətdən məmnunluqlarını dilə gətirdilər.

Razılaşmaya əsasən AZMİU “AzerGold” QSC üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün

universitetin tədris prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkil edilməsi, müvafiq ixtisas üzrə təhsil alan II-IV kurs tələbələrinin "yay məktəbi" proqramı çərçivəsində “AzerGold” QSC-də təlim keçmələri və s. nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291