SOSİUM

Göyçayda insan alveri və məişət zorakılığı qurbanları üçün sığınacaq açılacaq
08 NOYABR
166

Göyçayda insan alveri və məişət zorakılığı qurbanları üçün sığınacaq açılacaq

2017-11-08 14:34:00

"Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun I mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, II mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq".

Fins.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

O qeyd edib ki, artıq Bakıda Avropa standartlarına cavab verən iki sığınacaq fəaliyyətə başlayıb: “Gələn ilin əsaslı vəsait qoyuluşun ilkin layihəsi var. Burada Bakıda, Lənkəranda və Xaçmazda məişət zorakılğından əziyyət çəkənlər üçün 3 sığınacağın yaradılması nəzərdə tutulur".

Nazir bildirib ki, 10 QHT-yə məişət zorakılığı sahəsi üzrə akkreditasiya verilib və onlardan 4-nün sığınacağı (2-si Bakıda, 2-si Gəncədə) var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291