SOSİUM

Leysan olacaq, qar yağacaq – HAVA PROQNOZU
08 NOYABR
3679

Leysan olacaq, qar yağacaq – HAVA PROQNOZU

2017-11-08 12:31:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın9-na olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 13-15, Bakıda gecə 9-11, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-9, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287