SOSİUM

"Azəristilik" qışa nə dərəcədə hazırdır? – RƏSMİ CAVAB
06 NOYABR
172

"Azəristilik" qışa nə dərəcədə hazırdır? – RƏSMİ CAVAB

2017-11-06 15:15:00

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, artıq son sınaq-sazlama işləri aparılaraq bütün avadanlıqların istismara hazır vəziyyətə gətirlməsi üçün zəruri işlər 10 gün ərzində başa çatdırılacaq: “İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılması və mövsüm ərzində ASC-yə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Şöbə müdiri deyib ki, tədbirlər planına əsasən, 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1092 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, 20571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunub, 144 ədədi isə yenisi ilə əvəz olunub:

"Magistral və məhəllədaxili İstilik xətlərində 9855 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 15482 m2 dam örtüyü təmir edilib. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit materialları dəyişdirilib. İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. 1052 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıv, 27.3 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunuv, 569 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291