SOSİUM

Hava qeyri-sabit keçəcək, temperatur 6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
06 NOYABR
386

Hava qeyri-sabit keçəcək, temperatur 6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

2017-11-06 14:12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın 7-nə oaln məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində çiskin olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 07-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Noyabrın 08-i qərb rayonlarından başlayaraq noyabrın 10-u axşamadək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287