SOSİUM

GİZ jurnalistlərə mülkiyyət hüququ ilə bağlı təlim keçirdi
05 NOYABR
233

GİZ jurnalistlərə mülkiyyət hüququ ilə bağlı təlim keçirdi

2017-11-05 22:11:00

Noyabr ayının 4-5-i tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti(GİZ) “Cənubi Qafqazda hüquq sahəsində avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində yerli jurnalistlər üçün növbəti təlim keçirib.

Fins.az-ın məlumatına görə, treninqdə ölkənin 10 çox media orqanından sosial, iqtisadi və hüquqi sahədən yazan jurnalistlər iştirak edib. Mülkiyyət hüququnun müdafiəsi ilə  bağlı təlimi “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin layihələrinin idarə edilməsi bölməsinin rəhbəri, hüquqşünas Fərhad Nəcəfov  aparıb.

2 gün davam edən təlimdə mülkiyyət hüququnun mahiyyəti, bu sahədə yerli və beynəlxalq sənədlər, mülkiyyət hüququnu özünə ehtiva edən komponentlər, mülkiyyət hüququnun məhdudlaşdırılması və mülkiyyət hüququnun Avropa İnsan Haqqları Məhkəməsinin sənədləri ilə əlaqəsi haqqında jurnalistlər məlumatlandırılıb və onların bu sahədə bilikləri qiymətləndirilib. Mülkiyyət hüququ ilə bağlı hazırki dövrdə insanların maraqlandıran aktual məsələlər müzakirə edilib.  

Qeyd edək ki, bundan əvvəl Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə jurnalistlərə Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı təlim keçirilmişdi.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287