SOSİUM

Sabaha olan– HAVA PROQNOZU
03 NOYABR
152

Sabaha olan– HAVA PROQNOZU

2017-11-03 12:55:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın 4-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 16-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 06-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291