SOSİUM

Qar yağacaq – HAVA PROQNOZU
01 NOYABR
806

Qar yağacaq – HAVA PROQNOZU

2017-11-01 11:48:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın 2-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

havanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənənşimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291