SOSİUM

Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur?
27 OKTYABR
254

Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur?

2017-10-27 14:54:00

KİV-də verilən məlumata görə ATV telekanalına bir müddət öncə vitse prezident təyin olunduğu deyilən Fuad Cabbarovun vəzifəsindən imtina etdiyini bildirilirdi. 

Məsələni aydınlaşdırmaq üçün "ARB Media Qrup"un rəsmisi İsmayıl Həsənovla açıqlama verib:

"KİV-də “ARB Kəpəz” telekanalının baş direktoru Fuad Cabbarovun vəzifəsindən azad olunaraq, başqa bir televiziyada rəhbər vəzifəyə təyin olunduğu barədə məlumat yayılmışdı.

"ARB Media Qrup" olaraq bu məsələ ilə bağlı heç bir rəsmi münasibət bildirməyə ehtiyac görməmişdik. Həmçinin digər telekanaldan da təyinatla bağlı açıqlamaya rast gəlməmişəm. Bildirmək istəyirəm ki, Fuad Cabbarov işindən ayrılmayıb, o, son on gün ərzində şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdi, artıq Gəncəyə qayıdıb və hazırda da ARB Kəpəz telekanalına rəhbərlik edir".

© Ölkə.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291