SOSİUM

Türkiyədə Azərbaycan universiteti yaradılacaq
27 OKTYABR
160

Türkiyədə Azərbaycan universiteti yaradılacaq

2017-10-27 14:46:00

Türkiyədə Azərbaycan universiteti yaradıla bilər.

Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat bildirib ki, Azərbaycanın rəsmi dairələri tərəfindən Türkiyədə universitet yaradılması təşəbbüsü irəli sürülüb.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar aparılır: "İnanırıq ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması məsələsi gerçəkləşəcək. Türkiyədə yeni yaradılan Maarif Vaqfı vasitəsilə isə Azərbaycanda Türkiyə universitetinin qurulması mümkündür. Azərbaycan ali məktəblərində türk tələbələrə yüksək səviyyədə təhsil verilir. Bunun nəticəsində son illər türk tələbələrin Azərbaycana ciddi axını başlayıb”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291