SOSİUM

2020-ci il Avropa çempionatının açılış matçını keçirməyə namizədlərdən biri Bakıdır - YENİLƏNİB
27 OKTYABR
170

2020-ci il Avropa çempionatının açılış matçını keçirməyə namizədlərdən biri Bakıdır - YENİLƏNİB

2017-10-27 12:32:00

2020-ci il Avropa çempionatının açılış oyununu keçirmək üçün Bakı şəhərinin də namizədliyi irəli sürülüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, UEFA-nın göndərdiyi müvafiq sorğusuna cavab müsbət olub. 

Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib. 

AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək. Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma)  stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb. Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir. 


*** 11:53

Futbol üzrə 2020-ci il Avropa çempionatının açılış matçını keçirmək üçün 6 şəhər namizədliyini irəli sürüb. “Report” xəbər verir ki, bu barədə TASS-a UEFA-nın baş katibi Teodor Teodoridis bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqla (Rusiya) yanaşı, daha 5 şəhər ilk oyunu təşkil etməyə iddialıdır. UEFA rəsmisi bununla bağlı yekun qərarın qurumun 2018-ci ilin fevralında və ya iyununda baş tutacaq İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib: “Sankt-Peterburqun şanslarını dəyərləndirmək istəməzdim. UEFA İcraiyyə Komitəsi müəyyən meyarlara əsasən qərar çıxaracaq”.

Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London, Münhen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdan, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlqazo qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291