SOSİUM

Azərbaycanda həftə sonuna olan hava proqnozu açıqlanıb
27 OKTYABR 2017
815

Azərbaycanda həftə sonuna olan hava proqnozu açıqlanıb

2017-10-27 12:23:00

Azərbaycanda bu həftə sonuna olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə zəif duman çiskin olacaq: “Paytaxt və yarımadada gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ölkə ərazisində isə cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq, bəzi rayonlarda yağış yağacağı gözlənilir. Sabah havanın temperaturunun günorta saatlarında Bakıda 18-23, Mərkəzi Aran rayonlarında 18-23, dağlıq rayonlarda 13-18 dərəcə isti olacağı gözlənilir”.

Onun sözlərinə görə, bazar günü, oktyabrın 29-da gün ərzində hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir: “Bazar günü ölkə ərazisində cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302