SOSİUM

MTRŞ efirdə yayımlanan reklam çarxında təhqiramiz ifadələr aşkarlayıb
27 OKTYABR
170

MTRŞ efirdə yayımlanan reklam çarxında təhqiramiz ifadələr aşkarlayıb

2017-10-27 11:55:00

“Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, reklam mətnlərində ədəbi dil normalarının pozulması məsələsi oktyabrın 6-da “Ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda da xüsusi vurğulanıb: “Lakin xeyli müddət keçməsinə baxmayaraq, təəssüf ki, bu istiqamətdə problemlər qalmaqdadır. Məsələn, ATV telekanalının efirində yayımlanan “ATV+”un reklam çarxını qeyd etmək olar. Bu reklam çarxında efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması diqqəti çəkir. Həmin reklam mətnində belə bir cümlə işlədilir: “Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?”. Göründüyü kimi, bu, olduqca xoşagəlməz mənzərədir. 6 oktyabrdan xeyli vaxt ötüb və kanalları bu məsələdə daha məsuliyyətli olmağa çağırırıq. Məlumdur ki, ölkənin efir məkanında ədəbi dilin qorunması və tətbiqi işi yüksək səviyyədə diqqət mərkəzindədir”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291