SOSİUM

Yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 3,2 faiz artıb
23 OKTYABR
159

Yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 3,2 faiz artıb

2017-10-23 10:02:00

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq 945,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 391,9 milyon manat olub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287