SOSİUM

Ötən il ərzində körpə və uşaq ölümlərinin səviyyəsi açıqlanıb
20 OKTYABR
102

Ötən il ərzində körpə və uşaq ölümlərinin səviyyəsi açıqlanıb

2017-10-20 12:56:00

Azərbaycanda ötən il ərzində körpə və uşaq ölümlərinin səviyyəsi açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə məlumatlar BMT-nin Uşaq Fondu (YUNİSEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı və BMT-nin Sosial və İqtisadi Məsələlər Departamentinin birgə hazırladığı yeni hesabatda göstərilib. Sənəddə dünyada uşaq ölümləri ilə bağlı statistik məlumatlar təqdim edilib.

Belə ki, ötən il Azərbaycanda körpə ölümünün əmsalı (1000 doğulan uşağa nisbətdə bir yaşadək körpələrin ölüm halları sayı) 27 olub. Müqayisə üçün bildirək ki, bu rəqəm 1990-cı ildə qeydə alınan göstəricidən (75) təxminən 3 dəfə azdır.

2016-cı ildə Azərbaycanda neonatal ölüm səviyyəsi 18 olub. Müqayisə üçün qeyd edək ki, 1990-cı ildə hər 1000 doğulan köpəyə nisbətdə ömrünün ilk ayında həyatını itirən uşaqların sayı 32 olub.

YUNİSEF-in hesabatına əsasən, 5 yaşa qədər uşaqlar arasında oğlan ölümlərinin sayı qız ölümlərindən çoxdur. Belə ki, 2016-cı ildə Azərbaycanda 5 yaşa qədər oğlan uşaqlarında ölüm sayı hər 1000 uşağa 34 hal təşkil edib, qız uşaqlarında isə bu rəqəm 28 olub. 1990-cı illə müqayisə etsək, hər iki göstəricidə azalma var: 27 il əvvəl 5 yaşa qədər uşaqlarda ölüm halları oğlanlarda 103, qızlarda 86 olub.

Azərbaycanda 5-14 yaş arası uşaqlarda ölüm ehtimalı olduqca aşağıdır və 2016-cı ildə 3 nəfərə bərabər olub.

Hesabatda qeyd olunub ki, son 7 ildə uşaq ölümlərinin qlobal göstəricisi ümumilikdə azalıb. 2000-ci ildə dünyada 5 yaşa qədər olan 9,9 milyon uşaq ölübsə, 2016-cı ildə bu rəqəm 5,6 milyon nəfər olub.

Məlumata görə, 2016-cı ildə hər gün dünyada 15 min uşaq ölüb. Onların 46%-i - yeddi mini 28 gündən çox yaşamayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285