SOSİUM

"Qarabağ"ın "Atletiko" ilə heç-heçəyə görə gəliri məlum oldu
18 OKTYABR
3352

"Qarabağ"ın "Atletiko" ilə heç-heçəyə görə gəliri məlum oldu

2017-10-18 23:22:00

İspaniya "Atletiko"su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə "Qarabağ"a təkcə 1 xal qazandırmayıb.

Fins.az-ın məlumatına görə, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

"Qarabağ" Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada "Atletiko" ilə qolsuz heç-heçə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289