SOSİUM

Yağış yağacaq – HAVA PROQNOZU
12 OKTYABR
1207

Yağış yağacaq – HAVA PROQNOZU

2017-10-12 13:06:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin oktyabrın 13-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

 hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 17-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296