SOSİUM

Hər bir ölkə sakini 40 manat daha çox xərcləyib
12 OKTYABR
192

Hər bir ölkə sakini 40 manat daha çox xərcləyib

2017-10-12 11:28:00

Hər bir ölkə sakini orta hesabla ayda 283,4 manat xərcləyib.

2017-ci ilin 9 ayı üzrə, əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,0 manat çox olmuşdur.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296