SOSİUM

Yağış yağacaq, küclü külək əsəcək
11 OKTYABR
158

Yağış yağacaq, küclü külək əsəcək

2017-10-11 12:22:00

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 %  olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296