SOSİUM

11 oktyabr – Beynəlxalq Qız övladları günü kimi qeyd olunur
11 OKTYABR
244

11 oktyabr – Beynəlxalq Qız övladları günü kimi qeyd olunur

2017-10-11 11:37:00

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və diqər imkanların müəssərliyi, cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamikayla Azərbaycan cəmiyyəti nin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyini ehtimalı çox böyükdür.

Bu problem BMT-nin Əhali Fondu olaraq, bizi çox narahat edir. Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra layihələri həyata keçirir. Belə ki, bu layihələr çərçivəsində ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişilər və atalar əhatə olunur. Bu layihələr Avropa İttifaqı və Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirilir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edərək, layihələrə əhəmiyyətli dəstək verirlər.

Həyata keçirilən fəaliyyətlər sırasında qız uşaqlarının dəyərinin təşviq olunması məqsədilə video çarx hazırlanıb. Bugün paylaşdığımız bu video çarx qız övladlarının həyatlarında ataların danılmaz rolunu vurğulayır. Video çarx vasitəsilə atalar qızlarının gələcəkdə üzləşə biləcəyi problemlərlə mübarizə apara bilməsi üçün onlara özünəgüvən hissini aşılamağa çalışırlar.

 

Xatırladaq ki, bu video çarx Beynəlxalq Qıövladları Günü münasibətilə BMT-nin Əhali Fondu və tərəfdaşları tərəfindən həyata keçirilən silsilə aksiyaların tərkib hissəsidir. Bu aksiyaların başlanğıcı olaraq 7 oktyabr tarixində Park Bulvar ticarət mərkəzində “Atalar və Qızlar” adlı foto sərgi təşkil olunub. Bununla yanaşı, açıq səma altında festival, sosial eksperiment və teatr tamaşası da yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290