SOSİUM

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır
10 OKTYABR
203

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

2017-10-10 12:22:00

Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində Bakı, Gəncə və Qəbələdə müasir peşə təhsil mərkəzləri inşa edilib, Mingəçevir və Quba şəhərlərində “ASAN həyat” komplekslərində fəaliyyət göstərəcək “ASAN peşə” təhsil mərkəzlərinin yaradılması işlərinə başlanılıb. Peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması tədbirləri çərçivəsində 34 müəssisənin bazasında 14 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı deyib.

Nazir bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması istiqamətində müvafiq işlər aparılmaqdadır.

M.Cabbarov vurğulayıb ki, Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə mühüm addım olub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287