SOSİUM

Bakıda 30-a yaxın məktəbə yeni direktor təyin olunub
06 OKTYABR
659

Bakıda 30-a yaxın məktəbə yeni direktor təyin olunub

2017-10-06 12:48:00

Yeni tədris ilində Bakı məktəblərinə yeni təyin olunan direktorların sayı açıqlanıb.

Fins.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, direktorların fəaliyyəti yoxlanılır və layiq olmayanlar vəzifədən kənarlaşdırılır. O deyib ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq: "Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır. Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıb".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297