SOSİUM

Bu il 307 hündürmərtəbəli bina qazlaşdırılıb
05 OKTYABR
113

Bu il 307 hündürmərtəbəli bina qazlaşdırılıb

2017-10-05 15:18:00

2017-ci ilin yanvar-sentyabr ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 307 çoxmərtəbəli binanın qazının açılması təmin olunub.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu isə ümumilikdə 13249 mənzili əhatə edir.

Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296