SOSİUM

Sabahın havası
26 SENTYABR
374

Sabahın havası

2017-09-26 12:35:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək

Azərbaycanın rayonlarında

Sentyabrın 27-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağıgözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-17, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 27-28-də Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, temperaturun aşağı enəcəyi, arabir güclənən mülayim küləkli və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296