SOSİUM

Gazelli Group yanğın haqqında məluat verdi
20 SENTYABR
402

Gazelli Group yanğın haqqında məluat verdi

2017-09-20 12:22:00

Bu gün saat 15:00 radələrində Gazelli Group şirkətinə məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində yanğın baş vermişdir. Hadisə baş verdiyi zaman şirkətin bütün əməkdaşları dərhal təxliyyə edilmişdir, əraziyəFövqəladə Hallar Nazirliinin Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilmişdir.

Təxminən bir saat ərzində yanğın tamamı ilə söndürülmüşdür. Qeyd etmək istəyirik ki, yanğın olan anbarda çoxlu sayda kağızlar, broşurlar və digər dəftərxana məhsulları olub.

Sosial şəbəkə və bəzi KİV-lərdə anbarda kimyəvi maaddələrin olması və insanların həyatına təhlükə yaratması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Vurğulamaq istərdik ki, şirkətimizdə hər altı həftədən bir texniki baxış keçirilir. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcəkdir. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib və xəsarət almayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296