SOSİUM

Siqareti məhdudlaşdıran qanun müzakirəyə çıxarılacaq
19 SENTYABR
248

Siqareti məhdudlaşdıran qanun müzakirəyə çıxarılacaq

2017-09-19 17:41:00

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Turizm haqqında” qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi, demək olar ki, hazırdır.

H.Rəcəbli qeyd edib ki, “Turizm haqqında” qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: “Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq”.

Qeyd edək ki, Milli Məclis bu ilin may ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

©Report

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297