SOSİUM

Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək
14 SENTYABR
87

Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

2017-09-14 12:15:00

Sentyabrın 15-də respublika ərazisində dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, həmin gün təkcə yol polisi yox, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Əsasən şəhərlərdə, xüsusilə də paytaxtda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq. Sürücülər isə inzibati məsuliyyətə cəlb olunacaq: “Ona görə də sürücülərdən xahiş edirik ki, 15 sentyabr - Bilik Günü səhər saatlarında nəqliyyat vasitələrini məktəbyanı ərazilərdə digər avtomobillərin hərəkətinə maneçilik törədən yerlərdə saxlamasınlar və bilsinlər ki, bu cür qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri təxliyə olunacaq”.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293