SOSİUM

Dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib
14 SENTYABR
1913

Dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib

2017-09-14 11:23:00

"Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, layihədə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib: "Bu da ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir. Dövlət qulluğu vəzifələri fərqli olduğu kimi, onların tutulması da fərqlidir".

B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluğu üzrə qanunvericiliyə dəyişikliklər etməklə normativ-hüquqi baza formalaşdırılır: "Yəqin ki, oktyabrda birinci test imtahanlarını keçirəcəyik. Bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. Dövlət qulluğuna test imtahanlarında sertifikat almaq üçün müvafiq keçid balları olacaq".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293