SOSİUM

Yağmursuz hava gözlənilir
13 SENTYABR
131

Yağmursuz hava gözlənilir

2017-09-13 12:29:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Günün birinci yarısında bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287