SOSİUM

Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb
11 SENTYABR
107

Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb

2017-09-11 12:28:00

Paris "Azǝrbaycan Evi" Azǝrbaycanın Fransadakı səfirlyinin dəstəyi ilə Paris və ətrafında yaşayan məktəblilər üçün həftə sonu Azərbaycan dili dərslərinin tədrisini bu il də davam etdirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq 4 ildir fəaliyyət göstərən həftə sonu məktəbində yeni tədris ilinin ilk dərsi keçirilib. 

"Azərbaycan Evi"nin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva yeni dərs ilinin başlaması münasibətilə uşaqları və valideynləri təbrik edərək Azərbaycan dili dərsləri haqqında məlumat verib. Eyni zamanda, bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün, doğma ölkələrinə bağlılığını təmin etmək məqsədilə həftə sonu dərslərinin rolunun böyük olduğunu qeyd edib.

Vǝtǝndǝn kǝnarda dilimizin öyrənilməsi uçun hǝyata keçirilǝn bu layihǝ Azǝrbaycan mǝdǝniyyǝtini tǝbliğ edǝn Paris Azǝrbaycan Evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ǝdəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zǝngin mədəniyyəti tədris olunur.

Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Təmənnasız olaraq keçirilən dərsləri saatyarım ərzində Mehri Quliyeva və Nazilə Şəfiyeva tədris edir.

Tədris ilinin ilk günündə şagirdlərə dərsliklər, dərs ləvazimatları paylanılıb, dərsin mövzusu isə dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294