SOSİUM

"İş dəftəri”nin alınması ilə bağlı heç bir məcburiyyət yoxdur
11 SENTYABR
121

"İş dəftəri”nin alınması ilə bağlı heç bir məcburiyyət yoxdur

2017-09-11 11:15:00

“İbtidai siniflərdə “İş dəftəri”nin alınması və olması ilə bağlı heç bir məcburiyyət yoxdur”.

Fins.az-ın xəbərinə görə, Bakı şəhəri üzrə  Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bu, uşaqların müstəqil işi üçün lazım olan tapşırıq dəftəridir. Onun sözlərinə görə, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu təbii ki, onların təhsilinə xidmət edir: “Təhsil İdarəsi olaraq bizim belə bir məhdudiyyətimiz yoxdur. Amma tələb də qoyulmur. Eyni zamanda, bəzi hallarda uşaqlarla iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər. Cəmiyyətdə olan narazılığı aradan qaldırmaq üçün bu il təhsil idarəsinin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək

Düşünürəm ki, bu məsələdə də ibtidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək”.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294