SOSİUM

Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım qeydə alınıb
08 SENTYABR
184

Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım qeydə alınıb

2017-09-08 12:57:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yağan güclü yağış nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən keçən Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım müşahidə olunub. Hazırda Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.

Sentyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 48 kubmetr olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 140 kubmetr olmaqla ongünlük normanın 115 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10 kubmetr olmaqla ongünlük normanın 14 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 38 kubmetr təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.

Sentyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 40, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım, Şirvanda 2, Salyanda 5 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 (2016-cı il sentyabrın 8-də 450 sm), Şirvanda 173, Salyanda 109 (2016-cı il sentyabrın 8-də 260 sm), Bankədə 207 (2016-cı il sentyabrın 8-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetr (2016-cı il sentyabrın 8-də 162 sm) təşkil edir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285