SOSİUM

Nazir: "Qeydiyyatsız işləyənlərin sayı çoxalıb"
07 SENTYABR
213

Nazir: "Qeydiyyatsız işləyənlərin sayı çoxalıb"

2017-09-07 11:30:00

"Azərbaycan son illərdə yüksək inkişaf göstəricilərinə görə dünyanın lider ölkələri sırasında durur. Ölkədə 5 faizlik işsizlik səviyyəsi müşahidə olunur. Bu, böyük nailiyyətdir".

 Bunu Bakıda keçirilən "Formal məşğu­lluq sosial hüquqlar­ın reallaşdırılması şərti kimi" adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir vurğulayıb ki, məşğulluğun təmin olunmasında özünəməşğulluq xüsusi rol oynayır:

 "Son illərdə əhalinin məşğulluq strukturunda dəyişikliklər baş verib. 2016-cı ilin sonuna olan statikaya əsasən, əmək müqaviləsi ilə işləyənlər məşğul əhalinin 32 faizini təşkil edib. Son dövrlərdə əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da həyata keçirilən özünəməşğulluq, təəssüflər olsun ki, əksər hallarda qeydiyyatdan kənar olur. Bunların əksəriyyəti özünəməşğul əhali formasında çıxış edənlərdir. Bunların qeydiyyata alınması böyük problemdir. Biz hazırda bunun üzərində çalışırıq".

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294