SOSİUM

Paytaxtda orta aylıq maaş 8,3% artıb
06 SENTYABR
197

Paytaxtda orta aylıq maaş 8,3% artıb

2017-09-06 15:03:00

2017-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 97,7 min nəfər təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, onların 26,7 min nəfəri mədənçıxarma, 48,1 min nəfəri emal, 9 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 13,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında çalışıb.

2017-ci ilin yanvar-iyun aylarında sənayedə işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 1481,1 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 12,6%, emal sənayesində 5,5%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 12,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% artıb.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289