SOSİUM

“Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb
06 SENTYABR
169

“Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb

2017-09-06 14:45:00

Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.

Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yeni tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə üç istiqamət olmaqla, altı nominasiya üzrə keçirilir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.musabiqe.edu.az saytından almaq mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunacaq.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285