SOSİUM

Bakının ictimai iaşə dövriyyəsinin həcmi 494 milyon manat olub
06 SENTYABR
389

Bakının ictimai iaşə dövriyyəsinin həcmi 494 milyon manat olub

2017-09-06 14:41:00

Yanvar-iyul aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 494 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 19,6 faiz artaraq 213,7 milyon manat təşkil edib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289