SOSİUM

Yağış yağacaq
06 SENTYABR
1324

Yağış yağacaq

2017-09-06 13:36:00

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 07-də mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, günün birinci yarısında 31-33, axşam 24, Bakıda gecə 23-25, günün birinci yarısında 31-33, axşam 24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 762 mm civə sütununadək yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 07-də səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 07-si gündüzdən sentyabrın 08-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı düşəcək.

Sentyabrın 07-si gündüzdən sentyabrın 08-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 07-si gündüzdən sentyabrın 08-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287