SOSİUM

Bakıda ölüm səviyyəsi azalır
06 SENTYABR 2017
752

Bakıda ölüm səviyyəsi azalır

2017-09-06 11:51:00

2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 713 doğulmuş körpə qeydə alınıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib.

Doğulanların 168-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 7701 nəfəri, yəni 52,3%-i oğlan, 7012 nəfəri, yəni 47,7%-i isə qız uşağıdır.

İlin əvvəlindən Bakı şəhərində 6529 ölüm halı qeydə alınıb və əhalinin hər 1000  nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə  6-dan 5,9-a qədər enib.

2017-ci ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 6689 nikah və 2420 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6 boşanmaların sayı isə  2,2 olub.

©Lent

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267