SOSİUM

Səyyar “ASAN xidmət”in gedəcəyi məntəqələr açıqlandı
05 SENTYABR
348

Səyyar “ASAN xidmət”in gedəcəyi məntəqələr açıqlandı

2017-09-05 12:04:00

Səyyar "ASAN qatar" sentyabrın 5-dən 19-dək Horadiz şəhərində, səyyar avtobuslar isə sentyabrın 6-dan oktyabrın 5-dək Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, sentyabr 6-dan 20-dək Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, sentyabr 6-dan 25-dək Göyçay şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, bundan başqa, Səyyar "ASAN xidmət" avqustun 31-nə kimi Zaqatalada vətəndaşlara səyyar formada xidmətini davam etdirəcək.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyəi, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294