SOSİUM

Bakıda qurbanlıq qoyunlar - QİYMƏTLƏR
31 AVQUST
1229

Bakıda qurbanlıq qoyunlar - QİYMƏTLƏR

2017-08-31 09:58:00

Müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satış yarmarkaları hələ fəaliyyətə başlamasa da, paytaxtın bəzi rayonlarında fərdi ət-kəsim məntəqələrində qurbanlıq qoyun satışı yerləri var.

Fins.az Lent.az -a istinadən xəbər verir ki, saytın əməkdaşı bayram öncəsi qurbanlıq heyvanların qiyməti və bazarın ümumi vəziyyətini öyrənmək üçün Bakının Xətai rayonunda yerləşən ət-kəsim məntəqəsinə baş çəkib. Məntəqənin sahibi Həsənov Novruz qoyunların əsasən İmişli, Beyləqan və Füzuli rayonundan gətirildiyini deyir.

Məntəqədə 11-12 kiloluq əti olan quzuların diri çəkisi 6 manatdan, 20-25 kiloluq qoyunların diri çəkisi isə 5 manatdan satılır.

Məntəqə sahibinin sözlərinə görə, qoyunların qiymətində artım yoxdur. 3 ay əvvəl necə idisə, bu gün də o qiymətə satırlar. Satışa çıxarılan qoyunların hər biri Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən müayinə edilib: "Fərdi satış zəifdir. Hətta 1-2 gündür kilo ilə ət alan da yoxdur. Hamı bayramı gözləyir ki, kimsə qurban kəsəndə onlara da pay verəcək. Əsasən xeyriyyə cəmiyyətləri alır” – deyə məntəqə sahibi əlavə edir.

N. Həsənov qurbanlıq qoyun seçəcəklər üçün faydalı olacaq məlumat da verir. Deyir, alıcılar qurbanlıq qoyun alarkən gözəlliyə üstünlük verirlər. Tükləri ağ olan qoyunlar seçməyə çalışırlar. Lakin tükləri qara olan qoyunların əti daha dadlı olur. Çünki tünd rəngli qoyunlar daha çox günəş şüası alır. Bu da onun ətinin dadlı edir.

Bakıdan fərqli olaraq Gəncə bazarında Qurban bayramı ilə əlaqədar qurbanıq qoyunların qiymətində artım var. Sakinlərin sözlərinə görə, 10-11 kiloluq qoyun əvvəl 120-130 manata satılırdısa, bayram ərəfəsində 140-150 manata satılır.

Heyvanların topdan satış bazarı sayılan Beyləqan bazarlarında qiymət artımı yoxdur. 10-11 kiloluq qoyunu əldən 80-100 manata almaq olar.

Qeyd edək ki, sentyabrın 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Nazirliyin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələri MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294