SOSİUM

Türkiyənin Zəfər Bayramı Bakıda qeyd edildi
30 AVQUST
240

Türkiyənin Zəfər Bayramı Bakıda qeyd edildi

2017-08-30 18:15:00

Avqustun 30-da Türkiyə Cümhuriyyətinin 95 illik yubileyi münasibəti ilə Türkiyə səfriliyində rəsmi ziyafət təşkil edilib. Fins.az-ın məlumatına görə, 30 Avqust Zəfər Bayramı münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanın xarici nümayəndəliklər üzrə müraciəti səsləndirilib.

 Müraciətdə bildirilir ki,  30 avqust Zəfəri  türk xalqının canından daha əziz bildiyi torpağının müstəqillik iradəsinin bütün dünyaya elan edilməsidir.

Bu zəfər siyasi və sosial nəticələri etibarilə  tarixə istiqamət vermiş, imperialistlərə qarşı istiqlal  savaşı aparan  bir çox məzlum xalqlara ilham və ümid qaynağı olmuşdur.

Türkiyə 95 il əvvəl olduğu kimi iqtisadi və siyasi müstəqilliyinə yönələn  təhdidləri və hücumları aradan qaldırmaqda idarəsini müdafiə etmək bacarığındadır.

Bu gün FETÖ, DEAŞ, PKK,PYD kimi terror təşkilatlarına qarşı aparılan mübarizə də bunun bariz nümunəsidir. Türkiyənin apardığı bu mübarizə ilə həm öz vətəndaşlarının təhlükəsizliyini təmin etmiş olur, həm də qlobal təhlükəsizliyə ciddi töhvə verməkdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294