SOSİUM

Səməd Vurğun və Muğan bağlarında pulsuz internet xidməti istifadəyə verildi
30 AVQUST
217

Səməd Vurğun və Muğan bağlarında pulsuz internet xidməti istifadəyə verildi

2017-08-30 17:55:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Belə ki, bu gündən etibarən Səməd Vurğun və Muğan bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, İçərişəhər, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294