SOSİUM

Nazirlik: Qurbanlıq heyvanlar ucuz qiymətlərə təklif olunacaq
29 AVQUST 2017
479

Nazirlik: Qurbanlıq heyvanlar ucuz qiymətlərə təklif olunacaq

2017-08-29 16:00:00

Bakıda Qurban bayramı ilə əlaqədar təşkil ediləcək satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

 

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

 

"Bayram ərəfəsində Bakıya 3 500-ə yaxın xırdabuynuzlu erkək heyvan gətiriləcək. Bu heyvanlar ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsindən satışa çıxarılacaq", - deyə o qeyd edib.


M.Hacıyev əlavə edib ki, heyvanlar baytarlıq xidməti tərəfindən müayinə olunub. 


Hazırda satışa çıxarılacaq heyvanların qiymətinin maksimum dəyəri müəyyənləşdirilir.


Xatırladaq ki, Bakıda qurbanlıq heyvanların satışı Nərimanov (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai ("Nargilə" kafesinin yanı), Səbail (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8) və Yasamal (Şərifzadə küçəsi, 196; "İdeal" şadlıq sarayının həyəti) rayonlarında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267