SOSİUM

Influencer Day Baku – Rəqəmsal aləmdə nələr baş verir?
28 AVQUST
261

Influencer Day Baku – Rəqəmsal aləmdə nələr baş verir?

2017-08-28 16:41:00

Sentyabrın 30-u Bakıda influencer marketinq tədbiri təşkil olunacaq.Fins.az xəbər verir ki, tədbir iki hissəli nəzərdə tutulub. Birinci hissədə ölkəmizdə və ümumən dünyada trend olan marketinq texnologiyaları, data marketing, MarTech investisiyaları və s. kimi mövzuların müzakirə olunması planlaşdırılıb.

Tədbirin ikinci hissəsində isə qonaqlara regionda fəaliyyət göstərən Keepface Influencer Marketing platforması​ təqdim olunacaq. Keepface artıq il yarımdır ki, fəaliyyət göstərsə də bu haqda yalnız dostlarımız və Keepface-lə əməkdaşlıq edən şirkətlər məlumatlıdır, hətta bəzi dostlar bizi görəndə soruşurlar ki, “Keepface var idi, durur o?” :) Bu kimi suallara da tədbirdə aydınlıq gətiriləcək.

Influencer Marketinq

Son 2-3 ildə bu termin olduqca populyarlaşıb. Sosial medianın populyarlaşması özü ilə “influencer marketinq” trendini də gətirdi. Sosial şəbəkələrdə izləyicisi çox olan, sosial mediada yazdığı bir statusa yüzlərlə, minlərlə “like” gələn, şərh yazılan, statusları ilə böyük auditoriyalara xitab edə bilən şəxslər və səhifələr “influencer” sayılır. Sosial media gücü olan həmin şəxslər və səhifələrlə birgə marketinq kampaniyasının həyata keçirilməsinə isə “Influencer marketinq” deyilir.

Keepface

Keepface ​”Influencer Marketinq”i avtomatlaşdıran bir platformadır. Bu platformada influencer’lər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Hazırda Keepface şirkəti 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir. Keepface nəinki ölkəmizdə, artıq Mərkəzi Asiya, Yaxın Şərq və Şimalı Afrika ölkələri üçün xidmət göstərməyə başlayıb. Keepface hazırda Dubay qeydiyyatlı şirkətdir.

Influencer Day Baku

Sentyabrın 30-u “Dreamland”da baş tutacaq tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top-influencer’lər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək.

©orkhanrza.com

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287