SOSİUM

Bakıda pulsuz dondurma kampaniyası olacaq
24 AVQUST
538

Bakıda pulsuz dondurma kampaniyası olacaq

2017-08-24 14:27:00

Bu həftənin cümə günü, avqustun 25-də, avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti “Lazzmaster” ilə birlikdə Bakıda “UberIceCream” adlı dondurmaların çatdırılması üzrə aksiya keçirəcək.

İstifadəçilər dondurmanı iş yerlərinə, evə və ya öncədən qeyd olunmuş müəyyən bir ünvana sifariş edə bilərlər. Ləziz dondurma xüsusi avadanlıqla təchiz olunmuş “UberX” və “UberSELECT” avtomobillərində çatdıralacaq. Dondurmanın çatdırılması Bakının administrativ sərhədləri çərçıvəsində keçiriləcək.

Həmin gün ərzində Bakıda bütün “Uber” istifadəçiləri üçün “UberIceCream” kampaniyası çərçivəsində dondurma çatdırılması tamamilə pulsuz olacaq. Bu kampaniyada iştirak etmək üçün:

Cümə günü, 25 avqust, Bakı vaxtı ilə saat 11:00-dan 15:00-dək “Uber” əlavəsinə daxil olun;

“UberIceCream” opsiyasını seçin;

Çatdırılma ünvanını daxil edin;

Sizə avtomobil təyin edilən kimi pulsuz dondurma ünvanınıza bir neçə dəqiqəyə çatdırılacaq;

Qeyd edək ki, “UberIceCream” ilə gedişlər etmək mümkün deyil. Avtomobil sifariş etmək üçün “UberX” və ya “UberSELECT” opsiyasını seçməlisiniz. “UberIceCream” kampaniyası ərzində böyük tələbat gözlənilir. Sifarişiniz ilk dəfədən qeydə alınmadığı halda bir neçə dəqiqə sonra bir daha cəhd edə bilərsiniz.

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 77 ölkəsinin 600 şəhərində xidmətlərini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287