SOSİUM

Rövnəq Abdullayev: "Bu nailiyyət Azərbaycan futbolunda böyük tarixin ilk sətirləridir"
24 AVQUST
411

Rövnəq Abdullayev: "Bu nailiyyət Azərbaycan futbolunda böyük tarixin ilk sətirləridir"

2017-08-24 10:44:00

Bu, böyük tarixin ilk sətirləridir. Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlamasında deyib.

R.Abdullayev qeyd edib: “Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı.

Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287